
Vaşinqtonun güc nümayişi: ABŞ husilərə endirdiyi zərbələrlə öz üstünlüyünü göstərməyə çalışır
12:14 17.03.2025
Dünya
610
Yəməndə husilərə qarşı əməliyyat Donald Tramp administrasiyasının İrana maksimum təzyiq göstərmək strategiyasının başlanğıcıdır.
Bunu ABŞ-nin maliyyə naziri Skot Bessent "NBC News" telekanalına müsahibəsində bildirib.
"Bu, güclü siqnaldır və əvvəlki administrasiyanın siyasətindən köklü şəkildə uzaqlaşmadır. Husilər və İran başa düşməlidirlər ki, bu, yalnız başlanğıcdır. İki həftə əvvəl Tramp İrana qarşı maksimum təzyiq strategiyasını açıqlamışdı. Bu strategiyanın məqsədi İran neftinin ixracını sıfıra endirməkdir", - nazir deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib. O qeyd edib ki, hərbçilər terrorçuların bazaları və raketdən müdafiə sistemlərinə hava zərbələri endirirlər. Hücumlar nəticəsində 30-dan çox insan həlak olub, 101 nəfər yaralanıb.
Politoloq Tural İsmayılov "Sherg.az"a söyləyib ki, husilər bütövlükdə Qırmızı dənizə çıxış imkanlarına ciddi problemlər yaradırlar. Onların Yəməndə hakimiyyətdə olduğu dövrdə region qeyri-sabit vəziyyətə gəlib çıxıb:

"Yaxın Şərqin qarışmasına təkcə husilərin fəaliyyəti deyil, həm də Livandakı "Hizbullah" və digər proksi qüvvələrin aktivliyi səbəb olub. Bu amillər bölgədə destabilizasiya prosesini gücləndirir.
Digər tərəfdən, husilərin uzun müddətdir ABŞ-a məxsus yük gəmilərinə qarşı hücumlar təşkil etdiyi məlumdur. Lakin bu qruplaşma ABŞ-ın Yəmənə hücumundan əvvəl edilən dəfələrlə xəbərdarlıqları görməzlikdən gəldi. Nəticədə Tramp administrasiyası husilərə qarşı daha sərt və praktik addımlar atmaq qərarı verdi. Bu addımlar onların cəzalandırılmasını və ABŞ-ın güc nümayişini ehtiva edir. ABŞ husilərə qarşı endirdiyi zərbələrlə həm öz üstünlüyünü göstərməyə, həm də gələcəkdə onların və onların müttəfiqlərinin edəcəyi hər hansı bir təxribatın qarşısını sərt şəkildə alacağını vurğulamağa çalışır.
Bütün bunlarla yanaşı, nüvə danışıqları məsələsində İran və Ağ Ev ortaq nəticəyə gələ bilmir".
Politoloq qeyd edib ki, Tramp administrasiyasının cəhdlərinə baxmayaraq, Tehran Vaşinqtonun uzatdığı əli kəskin reaksiya ilə qarşılayır:
"Bu isə Ağ Evin səbrini daşıran əsas məqamlardan biridir.
ABŞ-ın Yəməndə apardığı əməliyyatlar husilərin mövqelərini dağıtmaq, onları növbəti təxribatlardan çəkindirmək və eyni zamanda İranı nüvə danışıqları ilə bağlı razılığa gətirmək məqsədi daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya