Bu gün Ukraynanın Xerson şəhərində beş dəfə partlayış qeydə alınıb.
Publika.az xəbər verir ki, həmçinin Xarkovda elektrik kəsintiləri olub.
Daha əvvəl Xarkovda metronun da bağlandığı barədə məlumat yayılıb.
Qeyd edək ki, bu səhər Odessa bölgəsində enerji və nəqliyyat infrastrukturu obyektlərində yanğınlar baş verib.