Yaxın Şərq ölkələri husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə təşkil etdiyi hücumu kəskin şəkildə pisləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə Misir, İordaniya və Küveyt xarici işlər nazirlikləri ayrı-ayrılıqda bəyanat yayıb.
Bəyanatlarda hücumun regional təhlükəsizlik və sabitliyə təhdid, eləcə də beynəlxalq hüququn pozulması olduğu vurğulanıb. Hökumətlər Ər-Riyadın suverenliyinin qorunması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində Səudiyyə Ərəbistanı ilə həmrəy olduqlarını bildiriblər.
Eyni zamanda, Müsəlman Dünyası Liqası da hücumu pisləyərək bunun dini dəyərlərə, beynəlxalq və humanitar hüquq normalarına zidd olduğunu bəyan edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı tərəfi hücumun hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edildiyini açıqlayıb. İyul ayında hərbi əməliyyatların gərginləşməsindən sonra ilk dəfə paytaxt hədəf alınıb. Hücum nəticəsində xəsarət alan və dağıntı qeydə alınmayıb.