
Yeni münaqişə ocağı yaratmaq planı! - ŞƏRH
02:24 06.09.2023
Dünya
1263
Fuad Abbasov: “NATO-nun Cənubi Qafqaza yerləşmə planlarına Türkiyə ilə birlikdə qarşı çıxmalıyıq”
Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasına hücum olub. Bu barədə rusiyalı hərbi müxbir Semyon Peqov öz teleqram kanalında paylaşım edib. O, hadisə ilə bağlı təfərrüatlı məlumat verməyib. Bəzi şərhçilərə görə, ümumilikdə belə bir hadisə gözlənilən idi. Çünki Ermənistan Baş naziri Nikol Paşinyanın siyasətində Rusiyanın hərbi bazalarını Ermənistandan çıxarmaq, həmçinin ölkəsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdırmaq meyilləri özünü göstərir. Uzun müddətdir KTMT-yə qarşı çıxışlar edən baş nazir, təşkilatın bu ay baş tutacaq “Qaya-2023” təlimlərində iştirakdan imtina edib. Görünən odur ki, indi də hərbi bazalarla bağlı tədbir görməyə başlayıblar. Bu planın davamı olaraq növbəti mərhələdə Ermənistanda Rusiya əleyhinə mitinqlərin keçirilməsi, hətta hərbi bazaların çıxarılması istiqamətində petisiyanın da hazırlanması istisna edilmir.
Siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a deyib ki, Ermənistan hökumətinin Rusiyaya əks-güc olaraq Cənubi Qafqazda fəaliyyət göstərməsi 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə başlayıb. Ekspert vurğulayıb ki, Sarkisyan-Koçaryan cütlüyü Rusiyaya nə qədər bağlı idilərsə, Paşinyan da o qədər Moskvaya qarşı çıxır:

"NATO-nun İnkişaf üzrə Avropa Komitəsinin prezidentinin Ermənistanı alyansa daxil olmağa çağırması təsadüfi deyil. Çünki bu dəvət ilk növbədə Rusiyanın cənub sərhədlərinə təhlükədir. 44 günlük müharibədəki məğlubiyyətinə görə hazırda həbsdə olan Ermənistanın sabiq müdafiə naziri David Tonoyan uzun illər Ermənistanın NATO-da nümayəndəsi kimi fəaliyyət göstərib. Hərbi alyansın təbliğatını aparıb. David Tonoyanın "yeni ərazilər üçün yeni müharibə" şüarını hər kəs çox yaxşı xatırlayır. Bu sloqanın meydana gəlməsi NATO-nun iştirakı olmadan mümkün deyildi. Yəni Tonoyanın Ermənistanda müdafiə naziri vəzifəsinə gətirilməsi və onun yeni müharibələr törətmə arzuları birbaşa NATO-nun Cənubi Qafqaz bölgəsinin destabil etmək planlarının bir parçası idi. O baxımdan indiki dönəmdə, Rusiya dövlət başçısı V.Putin və Türkiyə lideri R.T.Ərdoğanın görüşü və həmin gündə Gümrüdəki hərbi bazaya hücum təsadüfi sayıla bilməz".
F.Abbasovun fikrincə, baş verənlər Ermənistanın başda Fransa olmaqla xarici dövlətlərin iştirakı ilə bölgədə yeni münaqişə ocağı yaratmaq planlarının olduğunu göstərir: "Bu planlarda NATO-nun yer alması açıq şəkildə büruzə verilir. Fransanın birbaşa Azərbaycan-Ermənistan münaqişəsinə qarışması, Azərbaycanın torpaq bütünlüyünü təhdid etməsi, təxribatlara əl atması kollektiv Qərbin Cənubi Qafqazda Rusiyaya qarşı apardığı siyasətin tərkib hissəsidir. Bütün bunlardan yola çıxaraq demək olar ki, Türkiyə-Rusiya yaxınlaşması, eləcə də Azərbaycan-Türkiyə qardaşlığı NATO-nun Cənubi Qafqazda yerləşməsinə əks təsir göstərəcək. Baxmayaraq ki, Türkiyə hərbi alyansın üzvüdür, buna rəğmən, Ankaranın qurumdan narazı olduğu məqamlar var və onların da çoxu Fransa ilə bağlıdır. Şəxsi düşüncəm odur ki, indiki məqamda NATO-nun Cənubi Qafqaza yerləşmə planlarına Türkiyə ilə birlikdə qarşı çıxmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya