Yunanıstanın xarici işlər naziri Türkiyəyə gəlir

Yunanıstanın xarici işlər naziri Yorqo Gerapetritis sentyabrın 5-də Türkiyəyə işgüzar səfər edəcək. O,  xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparacaq.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, iki nazir ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edəcək

Nazirlikdən verilən yazılı açıqlamada, "Yunanıstanın Xarici İşlər naziri Yorqo Gerapetritis 5 sentyabr 2023-cü il tarixində Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan ilə danışıqlar aparmaq üçün Türkiyəyə işgüzar səfər edəcək. İki nazir ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edəcək” qeyd olunub.