Zelenski Makronla danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, Zelenski bu barədə Teleqramda paylaşım edib.

Onun sözlərinə görə, Cenevrədə Ukrayna heyəti tərəfdaşlarla danışıqları davam etdirir və əsas məqsəd praktiki nəticəyə nail olmaq, ölkəni və bütövlükdə Avropanı davamlı sülhə və təhlükəsizliyə yaxınlaşdırmaqdır.

“Pozisiyaları koordinasiya edirik, dialoqun aparılması və diplomatiyanın aktivləşməsi çox vacibdir. Ümid edirik ki, tərəfdaşlarımız arqumentlərimizi eşidəcək. ABŞ-nin liderliyi önəmlidir, Amerika və Prezident Trampın təhlükəsizlik naminə gördüyü bütün işlərə görə minnətdarıq. İsveçrədəki komandalarımızdan yeni məlumatlar gözləyirik. Təşəkkürlər, Emmanuel!”, - Zelenski bildirib.