Zelenski: Putin Odessa, Xarkov və Dnepr şəhərlərini ələ keçirmək istəyir

Rusiya Prezidenti Vladimir Putin Odessa, Xarkov, Dnepr və Ukraynanın digər şəhərlərini ələ keçirməyə çalışır. Dünyaya müharibə və qeyri-sabitlik yayan da odur. Beynəlxalq ictimaiyyət onun qarşısını almaq üçün səylərini birləşdirməlidir.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı bildirib .

Onun sözlərinə görə, Putin dayanmaq istəmir və Ukraynanın əsas bölgələri üçün aqressiv planlarının olduğunu deyir:

"Rusiya liderinin hərəkətləri və siyasəti beynəlxalq təhlükəsizliyə qlobal təhdid mənbəyidir. Putin çox səbirsizdir. Odessa, Xarkov, Dnepr və digər Ukrayna şəhərlərini ələ keçirmək istəyir: onu dayandırmaq lazımdır".

Zelenskinin sözlərinə görə, hazırda Rusiya ordusu üçün döyüş meydanındakı vəziyyət dəyişməz olaraq qalıb.