Zelenski: Vəziyyət ağırdır
Zelenski: Vəziyyət ağırdır
Yusif Sultanoğlu
10:48 12.05.2024
Dünya
431
Ukrayna qüvvələri Xarkov vilayətinin şimal sərhədindəki yaşayış məntəqələri ətrafında müdafiə əməliyyatlarını davam etdirir, prezident Vladimir Zelenski mayın 11-də axşam müraciətində belə deyib.
"Sherg.az"ın Ukrayna mətbuatına istinadən məlumatına görə, Rusiya hərbçiləri mayın 10-da Xarkov vilayətində Ukraynanın müdafiə xəttində həmləyə cəhd edib, döyüşlər gedir.
Zelenski bildirib ki, Strileça, Krasne, Moroxovets, Oliinykove, Lukiantsi, Hatışçe və Pletenivka yaşayış məntəqələri ətrafında döyüşlər davam edir.
"Bizim qoşunlarımız artıq ikinci gündür ki, Ukrayna ərazisini qoruyaraq əks-hücumlar həyata keçirir" - prezident deyib.
Ukrayna hərbçiləri Moskva qoşunlarının "boz zona"nın sərhəd kəndlərində saxlanıldığını, Rusiya isə beş yerli yaşayış məntəqəsinin - Pletenivka, Ohirtseve, Borysivka, Pilne və Strileçanın tutulduğunu iddia edib.
Həmçinin bildirilir ki, vəziyyət Donetsk vilayətində, daha doğrusu Semenivka və Netailove kəndləri yaxınlığındakı Pokrovsk istiqamətində xüsusilə gərgindir.
“Hər gün 30-dan çox toqquşma olur, bu, son dərəcə çətindir”, - deyə Zelenski bildirib.
Ukrayna qüvvələri Donetsk vilayətinin digər istiqamətlərində, yəni Kupyansk, Lyman, Siversk, Kramatorsk və Vermivka ətrafında müdafiəni davam etdirir.
“Mövqeləri cəsarətlə müdafiə edən, hücumları dəf edən, Rusiya qüvvələrini məhv edən hər bir briqadamıza təşəkkür edirəm”, - Zelenski müraciətində deyib.
Prezident qeyd edib ki , Rusiyanın hücum planlarını pozmaq indi bir nömrəli vəzifədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm