Biləcəridə olan kim, Çavuşoğlu ilə görüşən kim... - Jurnalistlər necə istirahət edəcəklər?
15:11 06.07.2023
Gündəm
847
Yay fəslinin gəlişi ilə bərabər bir çoxunu düşündürən məsələlər sırasında istirahət də yer alır.
Əksəriyyət məzuniyyət götürüb dincəlmək xəyalı ilə işə gedib-gəlir. Maddi imkanı olan xarici ölkələrə üz tutmaq istəyir, buna gücü yetməyənlər də ya rayonlara gedir, ya da Bakıda, evində dincəlir.
Bəs iş rejimi 24 saat olan, daim redaksiyada, tədbirlərdə, hadisə yerində ömür sürən cəfakeş media nümayəndələrinin tətil planları necədir? Görəsən, onlar bu haqda düşünməyə vaxt tapıblarmı?
“Sherg.az” bu suallar ətrafında bir neçə həmkarımız arasında sorğu keçirib.
Əvvəlcə sualımızı cavablandıran jurnalist Pərviz Hüseyn bildirib ki, hazırda istirahət edəcəyi yer haqda düşünməsə də, böyük ehtimalla qardaş ölkəyə üz tutacaq.
Kulis.az saytının baş redaktoru Ulucay Akif isə sualımıza belə cavablandırıb:
“Bu yayı Biləcəridə keçirəcəm. Düşünürəm ki, Biləcəridən qırağa çıxmaq haqqım yoxdur”.
Jurnalist Kənan Novruzov bildirib ki, bu sahədə istirahətdə də işdən uzaq qalmaq olmur:
“Jurnalistlər üçün istirahət, dinclik şərti anlayışlardır. Biz dünyanın o başına gedib, ən lüks yerlərdə dincəlsək də, istər-istəməz prosesləri, informasiyaları izləməli oluruq. Əks halda adımız jurnalist olmaz. Mən təxminən iyulun 15-dən sonra məzuniyyətə çıxacağam. Təxminən 10 günlük Türkiyədə - Antalyada olacam. Ondan sonra məzuniyyətimi ölkəmizdə davam etdirəcəyəm. Ümid edirəm ki, istirahətim səmərəli keçər. Yeni enerji ilə işimə davam edə bilərəm. Onu da qeyd edim ki, qardaş ölkədə Türkiyənin sabiq xarici işlər naziri, Antalyanın deputatı Mövlud Çavuşoğlu ilə görüşmək barədə düşünürəm. Bunu da ona görə deyirəm ki, digər jurnalistlər də eynilə analoji cavablar verə bilərlər. Təsdiq edərlər ki, biz istirahətdə işi də düşünürük. Mən istirahətim müddətində də yenə gündəlik hadisələri izləyəcəm, birbaşa proseslərin içində olacam. Çünki tamamilə uzaqlaşmaq mümkün deyil”.
Gənc jurnalist Aygün Tahir isə tətildə paytaxtdan uzaqlaşmaq istəməyənlər sırasındadır:
“Məzuniyyətə çıxacağım təqdirdə Bakıda olacağam. Bir həftəlik, on günlük işdən uzaqlaşmaq yaxşı təsir göstərir. Yeni mövsümdə edəcəyim dəyişikliklər barədə qərar verəcəm. İşlərin çoxluğuna görə yaxınlarıma çox vaxt ayıra bilmirəm. Əsasən, ailəm və dostlarımla zaman keçirəcəm. Tətil bir göz qırpımında bitəcək”.
Jurnalist Günəş Mərd isə məzuniyyətini fərqli tərzdə keçirəcəyini bildirib:
“Çox güman ki, şiddətli şəkildə ibadətlə məşğul olacam. Bütün inanclı vətəndaşlarımız adından ölkə ərazisində yerləşən pirlərləri, məscidləri bütün müqəddəs ocaqları ziyarət edəcəm ki, Allah səsimi eşib quru sərhədlərini açsın. Müvafiq bəndələr artıq bizi eşitmir. Bəlkə, heç olmasa Allah bu mövzuda səsimizə səs verər”.
Jurnalist Yeganə Bayramova isə bildirib ki, istirahəti evdə dəyərləndirənlər sırasındadır.
Digər həmkarımız Aləmdə Nəsib isə sualımızı bu sözlərlə cavablandırıb:
“Bu il yay istirahətinə ancaq həftəsonları zaman ayıra biləcəm. Həmin günləri Şamaxı, İsmayıllı və Bakıda keçirəcəm. Açığı, bundan şikayətçi deyiləm. İşdən çox uzaq qalmağı istəmirəm, buna görə həftədə bir-iki gün xəbər bolluğundan bir neçə saatlıq tam uzaqlaşıb dincəlmək bəs edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil