
ABŞ Suriyadan “sakit və mərhələli şəkildə çıxaraq” risklərdən uzaq dayanmağa çalışır -ŞƏRH
11:53 03.06.2025
Dünya
509
ABŞ-nin çəkilməsi fonunda yaranan boşluğu doldurmaq üçün ən ciddi namizəd isə Türkiyədir
Trampın hakimiyyətə gəlməsi ilə ABŞ dünyada “dərindən müdaxilə” əvəzinə, daha çox “lokal müttəfiqlərlə iş birliyi” modelinə keçir
Son bir neçə həftə ərzində 500 ABŞ hərbçisi Suriyadan çıxarılıb, ən azı iki baza bağlanıb və üçüncü baza “Suriya Demokratik Qüvvələri”nə (SDQ) (PKK terror təşkilatının qanadı – red.) təhvil verilib. Bu barədə ABŞ rəsmisi “Al Alabiya”ya bildirib. ABŞ Müdafiə Nazirliyinin rəsmisi deyib ki, ABŞ qüvvələrinin Suriyada yenidən yerləşdirilməsi yerdəki şərtlər əsasında təhlükəsiz, ölçülüb-biçilmiş şəkildə həyata keçirilir. Suriya üzrə xüsusi elçi Tomas Barak ABŞ-nin oradakı hərbi bazalarının sayını azaltmaq planını açıqlayıb. Türkiyənin NTV telekanalına müsahibəsində o, 8 bazadan yalnız birinin saxlanılacağını söyləyib. Barak həmçinin qeyd edib: “Bizim Suriya ilə bağlı indiki siyasətimiz son 100 ilin siyasətlərinə bənzəməyəcək, çünki bu siyasətlər nəticə verməyib”. ABŞ-nin SDQ-yə dəstəyinə gəlincə, Tomas Barak təşkilatı “Vaşinqtonun müttəfiqi” adlandırıb.
Görünən odur ki, ABŞ-nin Suriyadakı hərbi mövcudluğunu azaltması həm regional güc balansına, həm də Vaşinqtonun Yaxın Şərq strategiyasına dair önəmli mesaj verir. 500 hərbçinin çıxarılması və bir neçə bazanın bağlanması, əslində, ABŞ-ın Suriya məsələsində daha çox “idarə olunan uzaqlıq” taktikasına keçdiyini göstərir.
Politoloq Turan Rzayev Sherg.az-a vurğulayıb ki, Vaşinqton, açıq şəkildə bölgədəki siyasətini revizə edir və Suriyadakı uzunmüddətli mövcudluğunu prioritet hesab etmədiyini nümayiş etdirir:

“Bəzi Qərb analitikləri ABŞ-nin bu addımını "təhlükəsiz yenidən yerləşdirmə" adlandırsa da, əslində Vaşinqtonun bölgədəki əsas prioritetləri dəyişib. Suriya məsələsi artıq ABŞ-nin beynəlxalq siyasət gündəmində ilk sıralarda deyil. Hazırda Çin, Tayvan, Rusiya-Ukrayna müharibəsi, İran və Yaxın Şərqdə İsrail-HƏMAS qarşıdurması Vaşinqtonun diqqətini daha çox cəlb edir. Bu kontekstdə ABŞ-nin Suriyada hərbi mövcudluğunu azaltması qeyri-rəsmi şəkildə səlahiyyətin bölgə güclərinə, xüsusilə Türkiyə və Rusiyaya verilməsi deməkdir. ABŞ Suriyadan “sakit və mərhələli şəkildə çıxaraq” həm regiondakı məsuliyyəti bölüşür, həm də risklərdən uzaq dayanmağa çalışır. ABŞ-nin çəkilməsi fonunda yaranan boşluğu doldurmaq üçün ən ciddi namizəd isə Türkiyədir. Ankara, artıq illərdir Suriya şimalında həm hərbi əməliyyatlar aparır, həm də lokal təhlükəsizlik zonasını qoruyur. ABŞ-ın geri çəkilməsi ilə Türkiyənin həm hərbi, həm də diplomatik təsir dairəsi daha da genişlənəcək. Lakin bu güc artımı eyni zamanda rəqabət zonalarının artması deməkdir. Çünki ABŞ-nin geri çəkilməsi ilə yalnız Türkiyə deyil, Rusiya və İran da bölgədə yenidən aktivləşə bilər. Təbii ki, İsrail faktoru da danılmazdır. Təl-əviv onsuzda Ankaranın artan gücündən və təsirindən narahatdır. Bu ikili arasında gərgin rəqabətə səbəb olacaq”.
Ekspert söyləyib ki, Ankara, eyni anda həm də SDQ-yə qarşı mübarizə aparmalı olacaq:
“Düzdür SDQ hələlik Ankara ilə dialoqda maraqlı görünsə də, ABŞ-nin bəzi bazaları SDQ-yə təhvil verməsi ciddi suallar doğurur. ABŞ qeyri-rəsmi şəkildə suriyada mövcudluğunu PKK-nın Suriya qanadı vasitəsilə saxlamağa çalışa bilər. Bu, gələcəkdə bölgədə yeni toqquşmaların və Türkiyə ilə SDQ arasında gərginliyin artmasına zəmin yarada bilər.
Trampın hakimiyyətə gəlməsi ilə ABŞ dünyada “dərindən müdaxilə” əvəzinə, daha çox “lokal müttəfiqlərlə iş birliyi” modelinə keçir. Bu modeldə ABŞ öz qoşunlarını risk zonasından çəkərək, əməliyyatları yerli qüvvələrə buraxır. Bu yanaşma Vaşinqton üçün iqtisadi və siyasi baxımdan sərfəlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya