
Ermənistanda impiçment ehtimalı real görünmür - ŞƏRH
06:50 01.10.2025
Gündəm
310
Parlamentində çoxluq Paşinyanı dəstəkləyir
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasının deputatları müxalifətin Baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsünə qoşulmayacaq. Bunu Ermənistanın hakim partiyasından olan deputat Rüstəm Bakoyan jurnalistlərə deyib. Deputat bildirib ki, belə açıqlamalar verən jurnalistləri aldadıblar ki, guya "Vətəndaş Müqaviləsi"ndə impiçment prosesinə qoşulmağa hazır olan deputatlar var: "Belə bir şey yoxdur, hətta söhbət, müzakirə belə yoxdur.
Bu, gülünc mövzudur. Özüm və həmkarlarım adından zəmanət verirəm ki, hakim fraksiyada fərqli düşünən yoxdur. Hamımız eyni fikrə sadiqik, belə bir şey ola bilməz, komanda birlikdə hərəkət edir". Xatırladaq ki, impiçment təşəbbüsü parlamentdəki müxalif “Şərəfim var” fraksiyası tərəfindən irəli sürülüb. Təşəbbüsə digər müxalif qrup “Ermənistan” da qoşulub. “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan hakim partiyadan təşəbbüsə dəstək verənlərin olacağını istisna etməmişdi.

Politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında bildirib ki, hər bir dövlətdə belə bir prosedur, yəni impiçment mövcuddur. Ekspert deyib ki, amma impiçmentin keçərli olması üçün parlamentdə təmsil olunan partiyaların əksəriyyəti bunu dəstəkləməlidir:
"Əks halda bu təşəbbüsün reallaşması qeyri-mümkündür. Xüsusən, nəzərə alaq ki, Ermənistan parlamentində çoxluq hakim "Vətəndaş Müqaviləsi" Partiyasındadır. Digər tərəfdən iddia olunur ki, iqtidar partiyasında da Paşinyandan narazı olanlar var və səsvermə zamanı onlar "hə" deyəcəklər. Ancaq bu, sadəcə ehtimaldır və çox güman ki, reallaşmayacaq. Bu cür ideyaların ortalığa atılması və ətrafında diskussiyaların aparılmasının məqsədi daxili siyasi meydanı qızışdırmaq, cəmiyyətdə anti-Paşinyan əhvali-ruhiyyəni gücləndirməkdir. Təbii ki, bunların hamısı da qarşıdan gələn parlament seçkisində müxalifətin özünə müsbət fon qazanmasına hesablanıb. Siyasi gedişat onu göstərir ki, yaxın aylar ərzində bu cür ritorika artacaq, qarşıdurma daha da kəskinləşəcək. Amma Paşinyan bunların hamısına tab gətirəcək. Sadəcə olaraq, Paşinyanın istəyi odur ki, müxalifət ümumiyyətlə parlamentə düşməsin, yaxud çox cüzi səslərlə düşsün".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
16:16 14.07.2026
Qarabağ
Tramp Lindsi Qremin bacısının senator təyin edilməsinə nail olub
16:10 14.07.2026
Dünya
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - Ekspert
15:53 14.07.2026
Gündəm
Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
15:48 14.07.2026
Region
ABŞ İranın iki şəhərini bombaladı
15:46 14.07.2026
Dünya