
Xankəndi stadionu beynəlxalq standartlara cavab verəcək
Yusif Nəzərli
23:31 24.12.2024
İdman
746
Tanınmış idman jurnalisti Aydın Bağırov bunu Azərbaycan futbolu üçün mühüm bir yenilik sayıb
"Bölgələrdə isə dediyim kimi, bundan sonra da bu işlər aparılacaq. O ki qaldı, azad edilmiş ərazilərə, siz yaxşı bilirsiniz ki, o ərazilərdə infrastruktur layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır".
Bunu Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, bəziləri hesab edə bilər ki, bu, bir az tezdir, amma o hesab edir ki, bu, mütləq olmalıdır: "Çünki bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi - bunun çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir".
Prezident əlavə edib ki, Xankəndi şəhərindəki stadion, hansı ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilib, o da əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur: "Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik. Amma bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək və bu stadionun yenidən qurulması prosesi gələn il başa çatmalıdır. Azad edilmiş ərazilərimizdə digər idman qurğularının tikintisi nəzərdə tutulur və bütün bu işləri biz ardıcıllıqla edəcəyik".

Tanınmış idman jurnalisti Aydın Bağırov bunu Azərbaycan futbolu üçün mühüm bir yenilik sayıb. Onun sözlərinə görə, bu o deməkdir ki, yaxın illərdə böyük futbolu azad olunan Qarabağımızda da görə biləcəyik:
"Özü də Avropa kuboklarının matçlarını. Belə oyunların mühüm siyasi əhəmiyyəti isə ayrıca geniş mövzudur. Ağdam rayonunu təmsil edən "Qarabağ"ın iştirakı ilə Avropa kuboklarının oyunlarını (ən azı təsnifat mərhələlərinin) yaxın illərdə İmarət və ya Xankəndi şəhər stadionunda izləmək hər bir azərbaycanlı üçün qürur ola bilər. Yaxın 3-4 ildə orada əcnəbi klubları qəbul etmək üçün UEFA-nın tələb etdiyi hər bir şərait olacaq. Artıq stadionların 50-60 km. yaxınlığında beynəlxalq hava limanı (Füzuli), yaxşı hotellər var, qalır yalnız arenalar..".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya