"Skype"ın fəaliyyəti dayandırıldı
Yusif Nəzərli
15:48 05.05.2025
Texnologiya
406
Məşhur səsli və videozəng xidməti "Skype" rəsmi olaraq fəaliyyətini dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Microsoft" şirkəti məlumat yayıb.
Şirkətin verdiyi açıqlamaya görə, mayın 5-dən etibarən "Skype"a dəstək rəsmi olaraq dayandırılıb. Şirkət istifadəçilərə alternativ olaraq "Microsoft Teams" platformasından istifadə etməyi tövsiyə edib".
Qeyd edək ki, "Skype"ın bağlanacağı ilə bağlı ilkin xəbər fevral ayında yayılmışdı. Həmin vaxt "Microsoft" xidmətin may ayında dayandırılmasının planlaşdırıldığını açıqlamış, lakin dəqiq tarix bildirməmişdi. İndi isə rəsmi olaraq xidmətin dayandırıldığı təsdiqlənib.
"Skype" uzun illər boyu milyonlarla insan üçün onlayn ünsiyyət vasitəsi kimi önəmli rol oynayıb. Onun yerini artıq daha müasir və geniş imkanlara malik platformalar, xüsusilə "Microsoft"un öz məhsulu olan "Teams" tutmağa başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə