
Əvvəl dişləmə, indi isə tüpürmə: Luis Suaresdən qalmaqallı hərəkət!
11:36 01.09.2025
İdman
456
"Inter Miami"də çıxış edən məşhur futbolçu Luis Suares qalmaqallı bir hadisə ilə gündəmə gəlib.
Sherg.az xəbər verir ki, Şimali və Mərkəzi Amerika Liqa Kubokunun finalında "Seattle Sounders" ilə "Inter Miami" üz-üzə gəlib.
Lumen Field stadionunda keçirilən qarşılaşma "Seattle Sounders"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ev sahibinə qələbəni gətirən qolları Osaze De Rosario, 82-ci dəqiqədə penalti ilə Aleksander Roldan və 89-cu dəqiqədə Pol Rotrok vurub.
Bu nəticə ilə "Seattle Sounders" Şimali və Mərkəzi Amerika Liqa Kubokunun sahibi olub. Lionel Messi, Luis Suares, Jordi Alba və Serxio Buskets kimi ulduzların formasını geyindiyi "Inter Miami" isə ikinci yeri tutmaqla kifayətlənib.

Finalın itirilməsinin ardından "Inter Miami"də əhval-ruhiyyə xeyli pisləşib. Məşhur uruqvaylı forvard Luis Suaresin matçdan sonra etdiyi hərəkət isə dünya gündəminə düşüb.
Suares oyunsonrası mübahisə zamanı rəqib komandanın məşqçi heyətində olan şəxslərdən birinin üzünə tüpürərək hücum edib.
Hadisə zamanı həmin şəxs reaksiya göstərməsə də, futbolçular Suaresi dərhal oradan uzaqlaşdırıblar.
Luis Suares, Uruqvay milli komandası ilə iştirak etdiyi FIFA Dünya Kubokunda İtaliya millisinin müdafiəçisi Corco Çiellinini dişləmiş və buna görə 9 milli oyun və 4 ay futboldan uzaqlaşdırma cəzası almışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya