Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək

Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək.

Sherg.az xəbər verir ki, müvafiq qərar cümə axşamı hökumətin iclasında təsdiqlənib.

Növbədənkənar iclasın gündəliyinə “Səhmdar cəmiyyətləri haqqında” qanuna dəyişikliklər layihəsi daxil edilib. Dəyişikliklər Ermənistan hökumətinin 25 faiz və daha çox payla iştirak etdiyi, beynəlxalq sazişlər əsasında yaradılan şirkətlərin hüquqi münasibətlərini tənzimləməyi nəzərdə tutur.

Bu dəyişikliklər sözügedən marşrutun tikintisi və idarə olunması üçün yaradılmış TRIPP Development Company şirkətinin fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirməyə imkan verəcək. Eyni zamanda, beynəlxalq formatda yaradıla biləcək digər şirkətlərə də şamil olunacaq.

Qanun layihəsinin təxirəsalınmaz qaydada qəbul edilməsi təklif olunur. Bu isə sənədin birinci oxunuşundan sonra 24 saat ərzində ikinci oxunuşunun keçirilməsi deməkdir.

Xatırladaq ki, oktyabrın 28-də Ermənistan parlamenti Ermənistan və ABŞ arasında TRIPP marşrutu ilə bağlı çərçivə hökumətlərarası sazişi ratifikasiya edib.