
Ekoloq: Kür çayında, Xəzər dənizində balıq ehtiyatları xeyli azalıb
11:03 27.01.2025
Ekologiya
508
Bu səbəbdən də su hövzələrində balıq ehtiyatlarının qorunmasına xüsusi diqqət yetirilməlidir
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib ki, Kür çayında qanunsuz ov günbəgün artır, buna nəzarət yoxdur: “Həm də ötən illərdə daşqınlar oldu, daşqınların fəsadları hələ də qalmaqdadır. Kür çayının da monitorinqlərində deputatlar yaxından iştirak etməlidir”.
O həmçinin Milli Məclisdə sahibsiz heyvanlarla rəftarla bağlı dinləmə keçirilməsini təklif edib:
“Regionlarda bilmirlər ki, sahibsiz heyvanlarla necə rəftar edilsin. Sahibsiz heyvanlara rəftarla bağlı standartlar qəbul edilməlidir. Bakıda, Gəncədə bəzi imkanlar var, amma digər regionlarda nə icra, nə digərləri bilmir ki, sahibsiz heyvanlara necə davransın. Bəzən biabırçı mübarizə metodu seçilir, videolar yayılır”.
Parlamentarinin fikirlərini "Sherg.az"a şərh edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyir ki, tilov və ya tor vasitəsilə balıqçılıq üçün müəyyən icazələr mövcuddur:

"Xüsusilə də ənənəvi balıqçılıqla məşğul olan regionlarda insanlar rahat balıq tuta bilirlər. Lakin balıqçılıqla bağlı bəzi qadağalara hər kəs – istər yerli sakinlər, istərsə də kənardan gələn şəxslər – bu qaydalara riayət etməlidir. Çünki qanunsuz balıqçılıqla adətən xüsusi dəstələr məşğul olur. Son illərdə həm Kür çayında, həm də Xəzər dənizində balıq ehtiyatları xeyli azalıb. Bu səbəbdən də su hövzələrində balıq ehtiyatlarının qorunmasına xüsusi diqqət yetirilməlidir. Sahibsiz heyvanlar məsələsinə gəldikdə isə, burada həmin fikirlər alqışlanmalıdır. Regionlarda sahibsiz itlərin sayı kifayət qədər çoxdur və onların heç bir sahibi yoxdur. Bəzən bu heyvanlar ac qalır, hətta öldürülür. Bu problemin həlli üçün müvafiq tədbirlər görülməlidir – sığınacaqlar yaradılmalı, tibbi xidmətlər təşkil olunmalıdır. Sahibsiz heyvanlara qarşı ənənəvi amansız mübarizə metodlarından istifadə edilməməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət