2026-cı ildə keçiriləcək Dünya Çempionatına biletlərə maraq rekord həddə çatıb.
Teleqraf FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 11 dekabrda başlayan satışlar çərçivəsində 200-dən çox ölkədən bilet müraciəti daxil olub.
Təsdiqlənmiş kredit kartı məlumatlarına əsasən, 2026 Dünya Çempionatının biletləri üçün edilən müraciətlərin sayı təqdim olunan yer tutumunu 30 dəfədən çox üstələyib.
Bilet müraciətlərinin sayı 1930-cu ildən bu yana keçirilən Dünya Çempionatlarında baş tutan ümumilikdə 964 oyunun tamaşaçı sayından 3,4 dəfə çoxdur.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçiriləcək 23-cü Dünya Çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixlərində təşkil olunacaq.