
Paşinyanın ABŞ-yə plansız səfəri...-AKTUAL
Yusif Nəzərli
23:43 04.02.2025
Dünya
480
Ermənistan baş nazirinin Trampla baş tutmayan görüşü də bunu sübut etdi
“Bu səfər İrəvanın Vaşinqtona bağlılığını bildirmək, yaltaqlanmaq məqsədi daşıyır"
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-də səfərdədir. Baş nazirin ABŞ rəhbəri Donald Trampla, yaxud Dövlət katibi ilə görüş təşəbbüslərinin baş tutmadığı deyilir. Paşinyan yenə də bir sıra görüşlər keçirib. Məsələn, Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşüb. Deyib ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasının ABŞ-nin siyasi elitası üçün prioritet olacağına ümid edir. Paşinyan qeyd edib ki, Ermənistanda ideoloji dəyişiklik baş verir və bu dəyişiklik ilk növbədə hakimiyyətdə gedir. Onun sözlərinə görə, Ermənistan 44 günlük müharibədə məğlubiyyətdən keçərək, müstəqil, suveren dövlətə sahib olmaq imkanı qazanıb. “Hraparak” nəşri yazıb ki, Ermənistan hakimiyyəti Paşinyan və Tramp arasında görüş təşkil etmək üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışıb. Bu məqsədlə nüfuzlu erməni əsilli Respublikaçılar da bu işə cəlb olunub. Ancaq cəhdlər uğursuz olub. Bildirilib ki, Paşinyan amerikalıları fakt qarşısında qoymaq üçün Vaşinqtona yollanaraq “artıq gəlmişəm, məni qəbul edin” prinsipi ilə hərəkət edir. Onu da deyək ki, Paşinyanın erməni icması ilə görüşünü boykot edənlər də olub.
Politoloq Fuad Abbasov "Sherg.az"a deyib ki, Nikol Paşinyanın ABŞ-yə səfəri plansız idi. Ekspertin sözlərinə görə, Ermənistan baş nazirinin ABŞ rəhbəri D.Trampla baş tutmayan görüşü də bunu sübut etdi:

"Bunun bir çox səbəbi ola bilər. Hazırda Tramp administrasiyası bir çox qanunsuz miqrantı ölkədən çıxarır. Sayları onminlərlə olan ermənilərin bir çoxu da Trampın qərarına kimi leqallaşmağa imkan tapmayıb. Böyük ehtimal, Paşinyan həmin ermənilərin ABŞ-də qalması və leqallaşdırılması üçün müəyyən görüşlərə, təmaslara ümid edirdi. Ələlxüsus da Prezident D.Trampla görüşmək niyyəti güdürdü. Hələlik belə bir görüş baş tutmayıb. Ermənistan baş nazirinin erməni icması ilə görüşdə səsləndirdiyi fikirlər də mühümdür. Paşinyanın "Ermənistan məğlubiyyətdən keçərək, müstəqil, suveren dövlətə sahib olmaq imkanı qazanıb" ifadəsi birbaşa Rusiyanın bostanına atılmış daşdır".
Analitikə görə, bu o deməkdir ki, müharibə dövrünədək, "Qarabağ klanı" Ermənistanı Rusiyadan asılı vəziyyətə salmış, uzun illər Moskvanın bir vassalı olmuşdular:
"Paşinyan artıq bu vassalıqdan qurtulduqları və Qərbə, ABŞ-yə itaət göstərməyə hazır olduqları mesajını verir. Baş nazir demokratikləşmə yönündə addımlar atdığını da diqqətə çatdırır. Bir növ Ağ Evə çağırış edir ki, "gəlin Cənubi Qafqazda bizdən strateji nöqtə kimi istifadə edin". Bu, Ermənistan hökumətinin illərdir apardığı siyasətin tərkib hissəsidir. Gah Rusiyanın, gah da ABŞ və Avropanın əlaltı ölkəsi olmaq niyyətlərini açıq göstərirlər. Bu səfər də İrəvanın Vaşinqtona bağlılığını bildirmək, yaltaqlanmaq məqsədi daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya