Almaniyanın "Bavariya" klubu futbolçusu Dayo Upamekanonun müqaviləsini yeniləyib.
Teleqraf xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı müdafiəçi Bundesliqa komandası ilə müddəti 2030-cu ilin yayına qədər olan sözləşmə imzalayıb.
Qeyd edək ki, Dayo Upamekano 2021-ci ilin yayından "Bavariya"da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 28 oyunda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.