"İnter Mayami"nin sahibi Devid Bekhem "Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu haqqında danışıb.
Oxu.Az "Championat"a istinadən xəbər verir ki, daha əvvəl Bekhemin Ronaldunu Lionel Messinin oynadığı "İnter Mayami"yə dəvət etməyi ciddi şəkildə düşündüyü bildirilmişdi.
"Ronaldu "Real Madrid"də? Bu, inanılmaz idi. Kriştianu oynadığı hər komanda ilə bir miras qoyub gedib. Əvvəlcə Portuqaliya millisində, sonra isə "Mançester Yunayted", "Real Madrid", "Yuventus", "Ən-Nəsr" kimi komandalarda. Bugünkü karyerasına baxsanız, sadəcə inanılmaz idi", - deyə Bekhem "Mançester Yunayted"in keçmiş müdafiəçisi Rio Ferdinandın aparıcılığı ilə keçirilən podkastda bildirib.