Dieqo Simeone: "Qızıl top"u Messi qazanmalıdır"

"Atletiko Madrid"in argentinalı baş məşqçisi Dieqo Simeone "İnter Mayami"nin 39 yaşlı hücumçusu Lionel Messinin bu il "Qızıl top"u qazanmasının səbəbini izah edib.

Teleqraf xəbər verir ki, Dieqo Simeone deyib: "Dünya Çempionatında bu yaşda necə oynadığını nəzərə alsaq, "Qızıl top" Leo Messiyə verilməlidir".

Messi Dünya Çempionatında 8 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Argentina finalda İspaniyaya məğlub olub.

Messi 8 dəfə "Qızıl top" mükafatının sahibidir.