Ulduz futbolçu Mauro Ikardi, yeni sevgilisi China Suarez ilə bir il öncə paylaşdıqları romantik fotoları sosial mediada yenidən paylaşıb və sevgi dolu sözlərlə münasibətlərini elan edib.
Sherg.az xəbər verir ki, futbolçu mesajında yazıb:
"Bir il əvvəl bir foto paylaşdıq və dünyaya, sözə ehtiyac olmadan bir-birimizi tapdığımızı göstərdik. O fotoda görünməyən şey; sən mənə gətirdiyin sükunət, verdiyin güc, aramızdakı unikal uyğunluq, gülüşlər və həqiqi sevgi idi. Yanımda olduğun, məni dəstəklədiyin və çətin anlarda belə bizə inandığın üçün təşəkkür edirəm. Bu gün yalnız bir fotonu deyil; sevdiyim qadını, qurduğumuz hekayəni və səninlə yaratdığım gələcək xəyalları qeyd edirəm. Daha minlərlə foto, minlərlə yol, layihəmiz və birlikdə qarşılayacağımız minlərlə səhərimiz olsun. Mənim bu günüm də, gələcəyim də sənsən. Bir il əvvəl hamıya açıq şəkildə "biz buradayıq" demişdik. Bu gün isə sənə, sonsuza qədər "buradayam, yanındayam" deyirəm."
Cütlüyün romantik paylaşımı sosial mediada böyük maraq və bəyənilər toplayıb.