"İmişli"nin hakimi təhqir edən oyunçusuna AĞIR CƏZA

Misli Premyer Liqasında VI turun oyunları ilə bağlı İntizam Komitəsinin qəbul etdiyi qərarlar açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Qərarlara əsasən, bir neçə klub və futbolçu cəzalandırılıb. "Sabah" - "İmişli" qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan "İmişli" də 700 manat cərimə olunub. Həmin oyunun 90+1-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan "İmişli"nin futbolçusu Luis Silvestr 4 oyunluq cəzalandırılıb, klub isə 10 000 manat cərimələnib.

Həmin gün baş tutan "Zirə" - "Turan Tovuz" matçında 5 futbolçusu sarı vərəqə alan Bakı təmsilçisi 700 manat cərimələnib.

"Şamaxı" - "Araz-Naxçıvan" matçında da 4 futbolçusu sarı vərəqə alan hər iki komanda 700 manat məbləğində cəzalandırılıb. "Kəpəz" - "Sumqayıt" oyununda isə 5 futbolçusu sarı vərəqə alan "Sumqayıt" isə 700 manat cərimə ödəyəcək.