Sosial şəbəkələrdə Lionel Messi və Luis Suarezin övladlarının görüntüsü böyük marağa səbəb olub.
QOL.az xəbər verir ki, söhbət Messinin oğlu Ciro Messi və Suaresin oğlu Lauti Suarezin birlikdə məşhur “Pistolero” qol sevincini təkrarlamasından gedir. Kadrlarda uşaqların əlləri ilə tapança jesti etməsi azarkeşlər tərəfindən geniş paylaşılıb.
Hər iki yeniyetmə futbolçu "İnter Mayami"nin akademiyasında oynayır.
Qeyd edək ki, “Pistolero” sevinci uzun illər Suaresin qol vurduqdan sonra etdiyi simvolik jest kimi tanınır və futbol dünyasında onunla assosiasiya olunur. Azarkeşlər isə bu görüntünü “atalarının futbol genlərinin davamı” kimi şərh ediblər.