ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messi aldığı zədədən sonra yaşıl meydanlara qayıdır.
Teleqraf ESPN nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı argentinalı futbolçu MLS-in müntəzəm çempionatının ilk tur oyununda meydana çıxacaq.
Onun komandası fevralın 22-də “Los-Anceles” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Messi fevralın 8-də Ekvadorun “Barselona” klubu ilə yoldaşlıq görüşündə zədələnmişdi. Bu səbəbdən “İnter Mayami” “İndependyente”yə qarşı keçirilməsi planlaşdırılan yoldaşlıq oyununu ləğv etmişdi.