"Milan" "Liverpul"un futbolçusunu transfer etmək istəyir

İtaliyanın "Milan" klubu İngiltərənin "Liverpul" komandasının futbolçusu Co Qomeslə maraqlanır.

Teleqraf "Calciomercato"ya istinadən xəbər verir ki, "rossoneri"nin idman direktoru İqli Tare Türkiyə "Fənərbağça"sından Milan Şkrinyar və İtaliyanın digər təmsilçisi "Yuventus"dan Federiko Qatti ilə bağlı danışıqlarda çətinliklər yarandığı üçün Qomesin mümkün transferi ilə bağlı "Liverpul"la əlaqəni bərpa edib.

Məlumata görə, Mersisayd təmsilçisi 28 yaşlı müdafiəçisini satmaq niyyətində olmasa da, "Milan" onun özünün bu keçidə israr edəcəyinə inanır.

Qeyd edək ki, Co Qomes 2015-ci ildən "Liverpul"un şərəfini qoruyur. O, cari mövsüm ərzində 13 oyunda iştirak edib və 2 məhsuldar ötürmə müəllifi olub.