Neymar Arda Güləri yüksək qiymətləndirdi: “Dünyanın ən yaxşısı”

Braziliyalı ulduz futbolçu Neymar, "Santos" klubunda karyerasını davam etdirərkən qatıldığı bir proqramda "Real Madrid"də oynayan milli futbolçu Arda Gülər haqqında danışıb.

Sherg.az xəbər verir ki, 33 yaşlı Neymar Arda Güləri tərifləyərək deyib:

“Arda Gülər möhtəşəm futbolçudur. Keyfiyyətlidir. Məncə, dünyadakı ən yaxşı orta sahə oyunçusudur.”

Bundan əlavə, Neymar Türkiyə komandalarından "Fənərbaxça" və "Qalatasaray"ı tanıdığını bildirib. O, Aleks de Souzanın fanatı olduğunu və buna görə "Fənərbaxça"nı bildiyini söyləyib.