Bu gün Azərbaycan Premyer Liqasında XX turun növbəti oyunları keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk matçı “Kəpəz” və “Neftçi” arasında olacaq.
Yevlax şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da start götürəcək. Hazırda Azər Bağırovun rəhbərlik etdiyi “sarı-göylər” 13 xalla turnir cədvəlinin 11-ci pilləsində, Yuri Vernidubun baş məşqçisi olduğu “ağ-qaralar” isə 27 xalla 7-ci pillədə yer alır.
Günün növbəti qarşılaşmasında isə “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Sumqayıt”ı qəbul edəcək. Hazırda Saşa İliçin rəhbərlik etdiyi “kimyaçılar” 30 xalla turnir cədvəlinin 5-ci, Andrey Demçenkonun baş məşqçisi olduğu “qırmızı-ağlar” isə 27 xalla 6-cı pilləsində qərarlaşıb.
Azərbaycan Premyer Liqası, XX tur
15 fevral (bazar)
14:30. “Kəpəz” – “Neftçi”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Yevlax şəhər stadionu
17:00. “Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Liv Bona Dea Arena”
Qeyd edək ki, turun ilk günündə “Qarabağ” səfərdə “İmişli”ni, “Zirə” isə evdə “Karvan-Yevlax”ı 1:0 hesabı ilə məğlub edib. Tura fevralın 16-da yekun vurulacaq.