Yanvarın 10-u "Qalatasaray" və "Fənərbağça" arasında keçiriləcək Türkiyə Superkubokunun final matçının baş hakimi açıqlanıb.
Teleqraf-ın məlumatına görə, qarşılaşma Halil Umut Melerə həvalə edilib.
Qeyd edək ki, Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada Halil Umut Melerə İbrahim Çağlar Uyarcan və Abdullah Bora Özkara kömək edəcək. Ozan Ergün matçın dördüncü hakimi olacaq.
Qarşılaşma 21:30-da start götürəcək.