UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Nyukasl" kollektivlərinin start heyətləri bəlli olub.
Axar.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Nyukasl": Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.
Qeyd edək ki, görüş bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
***
"Qarabağ" - "Nyukasl" qarşılaşması start götürdü.
***
Matçın 2-ci dəqiqəsində Qordon qonaqları hesabda önə keçirdi: 0-1.
***
Qarşılaşmanın 9-cu dəqiqəsində Tşau ikinci qola imza atdı: 0-2.