"Qarabağ" "Nyukasl"a qarşı: Oyunda dördüncü qol vuruldu

Matçda dördüncü qol vurulub.

Oxu.Az xəbər verir ki, qonaqların heyətində Entoni Qordon özünün üçüncü, komandasının dördüncü qolunu qapıdan keçirib - 0:4.

22:17

Matçda üçüncü qol vurulub.

Oxu.Az xəbər verir ki, qonaqların heyətində Entoni Qordon penaltini dəqiq yerinə yetirib - 0:3.

21:55

Matçda ikinci qol vurulub.

Oxu.Az xəbər verir ki, qonaqların heyətində Malik Tşau hesab fərqini artırıb - 0:2.

21:49

Oyunda hesab açılıb.

Oxu.Az xəbər verir ki, qonaqların heyətində Entoni Qordon fərqlənib - 0:1.

21:45

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubuna qarşı ilk oyununa çıxır.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun başlayıb.