Yeni gələn futbolçular hələ optimal formalarından uzaqdırlar - Qurban Qurbanov

Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Qarabağ" "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablayıb:

"Maraqlı oyun alındı. Hər iki komanda 1 xala layiq idi. Oyundan-oyuna daha inamlı oluruq. Xallarımızın üzərinə 1 xal gəldi. Qarşıdakı oyunlara hazırlaşacağıq".

- Yeni gələn futbolçuların performansı sizi qane edir?

- Hələ optimal formalarından uzaqdırlar. Yeni oyunçuların hər biri üçün oynamağa şərait yaradırıq. Qarşıda milli fasilə olacaq. Onları daha yaxşı vəziyyətə gətirmək üçün əlimizdə şans olacaq.

- Abbas Hüseynovun əsas komandaya qayıtmaq ehtimalı var?

- Yox. Ona hər şey bildirilib. Danışılacaq bir şey yoxdur.