DİN-ə aid yeni inzibati binalar istifadəyə verilib - FOTO
DİN-ə aid yeni inzibati binalar istifadəyə verilib - FOTO
Yusif Sultanoğlu
06:44 01.07.2023
Aktual
501
2 İyul - Polis Günü ərəfəsində Daxili İşlər Nazirliyinin müxtəlif struktur qurumlarına aid dörd yeni inzibati binası istifadəyə verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Həmin binalardan biri nəzəri və praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik ali hüquq təhsilli polis kadrları hazırlayan, Daxili İşlər Nazirliyinin şəxsi heyətinin müasir dövrün tələblərinə uyğun ixtisasının artırılmasını, ilkin və yenidən hazırlığını təşkil edən Polis Akademiyasında inşa edilib.
Təhsilalanların sosial və məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi məqsədilə qısa zaman ərzində tikilmiş yataqxana zəruri mebel və avandanlıqlarla təchiz edilib.
Polisin xalqa xidmət funksiyalarının icrasını daha səmərəli həyata keçirməsi üçün şəxsi heyətin professional səviyyəsini yüksəltmək, hər bir əməkdaşa peşə keyfiyyətləri, ekstremal şəraitdə düzgün qərar qəbul etmək bacarığı aşılamaq, gənc əməkdaşların və mütəxəssislərin daxili işlər orqanlarında xidmətə adaptasiyasını təmin etmək daim diqqətdə olan məsələlərdəndir.
Nazirliyin yeni inşa edilmiş Təlim-Tədris Mərkəzində məhz qeyd edilən istiqamətlər üzrə ixtisasartırma kursları təşkil ediləcək.
Burada daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi, insan haqlarının müdafiəsi sahəsində qanunvericilikdən və beynəlxalq öhdəliklərdən irəli gələn vəzifələr, ən başlıcası fəaliyyətin, vətəndaş-polis münasibətlərinin inkişafı və bu əsasda məmnunluğun təmin edilməsi kimi mühüm məqsədlər üzərində qurulmasının yolları, forma və metodları tədris olunacaq.
Müasir dövrün təhdid və çağırışlarının, həmçinin innovasiyaların inkişafının və tətbiqinin sürətlə genişlənməsinə paralel olaraq internet şəbəkələrdən və informasiya texnologiyalarından istifadə edilməklə törədilən hüquqazidd əməllərin dinamikasında da artım müşahidə olunur.
Mövcud vəziyyətdə hər bir şəxsin qanuni mənafeyinin, əmlakının, mülkiyyətinin etibarlı qorunması, kiberməkanda törədilən cinayətlərin, xüsusən narkotiklərin onlayn dövriyyəsinin, dələduzluqların, bank kartlarından pul vəsaitlərini talamaların qarşısının alınması və açılması, həmin əməllərdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası polisin başlıca vəzifələri olaraq yerinə yetirilir.
Bu növ cinayətlərə qarşı əks tədbirlərin gücləndirilməsi, sistemli və daha məqsədyönlü aparılması, müvafiq sahədə vətəndaş məmnunluğunun təmin edilməsi üzrə fəaliyyətin beynəlxalq standartlara cavab verən iş şəraitində həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin yeni inzibati binası istifadəyə verilib.
Vətəndaşlara daha operativ xidmət göstərilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə yeni tikilib istifadəyə verilən inzibati binalardan biri də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsidir.
Müasir tələblər səviyyəsində inşa edilmiş bu binada xidmətin səmərəli təşkili üçün bütün lazımi tədbirlər görülüb, şöbə müasir texniki vasitələr və avadanlıqla təmin olunub, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb.
Oxşar xəbərlər
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
01:58 09.11.2026
Zaur Məmmədov: “Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik strategiyasının təntənəsidir”
20:22 08.11.2026
Xəbər lenti
Hamısına bax
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
09:45 09.11.2026
Dünya
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region