
İrəvandan İstanbula uçuş: Bu, əlaqələrin normallaşması mənasına gəlmir - ŞƏRH
Yusif Nəzərli
11:01 03.07.2023
Gündəm
658
Ermənistan Hava Yolları İrəvan-İstanbul-İrəvan reysləri üzrə uçuşlara başlayıb.
Bu barədə İrəvanın Zvartnots hava limanının Mətbuat xidməti məlumat yayıb.
Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.
İki ölkə arasında təyyarə reyslərinin əvvəl də olduğunu deyən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a söyləyib ki, Ermənistandan Türkiyəyə iş üçün gələn erməni vətəndaşlarının sayı 40 mindən çoxdur:
"Bu insanlar quru yolu ilə gəlmir. Çünki sərhədlər bağlıdır. Əlbəttə dolayı yollarla gələnlər də ola bilər. Amma əsasən hava yolu ilə səfər edilir. Digər tərəfdən iki ölkə arasındakı təyyarə reyslərinin olması əlaqələrin normallaşması mənasına da gəlmir. Ona görə ki, münasibətlər yaxşılaşanda Türk hava yolları rəsmi olaraq Ermənistana uçuşlar həyata keçirəcək. Bildiyimiz qədərilə isə rəsmi səfərə hələ başlanmayıb".

Analitik əlavə edib ki, bunun siyasi yox, ticari qərar olduğunu düşünür:
"Sadəcə pul qazanmaq məqsədilə Ermənistandan Türkiyəyə təyyarələr gəlir. Yəni pulunu alırlar. Siyasi məsələyə qaldıqda isə Paşinyan Türkiyə qarşısında verdiyi vədlərə əməl edir. Nəticə etibarilə Qarabağ məsələsi tamamilə Azərbaycanın lehinə həll olunduqdan sonra Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasını və hətta quru sərhədlərinin açılmasını gözləmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm