Bunu da bacardı: Robot dövlət orkestrinə dirijorluq edib
11:35 03.07.2023
Dünya
585
Güney Koreyada istehsal edilmiş insana bənzər robot – EveR 6 paytaxt Seulda dövlət orkestrinə dirijorluq edib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, EveR 6 android robotdur. Və bu robotu Koreya İndustrial Texnologiya İnstitutu düzəldib. Robot Koreya Milli Teatrının səhnəsində peşəkar musiqiçilərin yer aldığı dövlət orkestrinin qarşısına çıxaraq dirijor çubuğu ilə onları idarə edib. İnsana bənzər robot səhnəyə çıxarkən öncə tamaşaçılar qarşısında təzim edərək onları salamlayıb. Sonra da konsertin tempini yoxlamaq üçün qollarını hərəkət etdirməyə başlayıb.
Robot 5 hissədən ibarət konsertin 3 hissəsinə dirijorluq edib. Bir dəfəsində isə maestro Choi Soo-yeoul ilə dirijor pultunu “bölüşüb”. İnsan maestro Choi robot dirijor üçün “bir orkestrin dirijoru olmaq üçün hərəkətləri çox dəqiqdir”, deyib. Lakin vurğulayıb ki, robot-dirijorun zəif cəhəti orkestri idarə etməsinə baxmayaraq musiqini dinləyə bilməməsidir.
Maestro deyib ki, bu vəziyyət robotların insanların yerini tuta biləcəklərini deyil, insanlarla robotların biri-birilərini tamamlaya bildiyini göstərir. Koreya milli musiqisinin tədqiqatçılarından olan Lee Young-ju isə bildirib ki, ritmi tutmaqda robotun hərəkətləri qüsursuzdur, amma o, orkestri cəm halında və birlikdə çalışdıra bilmək bacarığına sahib deyil. Bəziləri bu fikirdədir ki, robot-maestroya süni intellekt əlavə edilsə, o, musiqini daha yaxşı anlayacaq, analiz edəcək, nəticədə daha da yaxşı dirijorluq edə biləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm