Çingiz Qənizadə: “Mən İranın səmimiyyətinə inanmıram. Terrorçu törətdiyi əmələ adekvat olaraq mütləq cəzalandırılmalıdır"
İran OYUN OYNAYIR: "İstintaq belə yekunlaşa bilməz!"
Yusif Nəzərli
09:57 05.07.2023
Gündəm
664
Məhkəmədə hansı oyunların gedəcəyini görəcəyik
Çingiz Qənizadə: “Mən İranın səmimiyyətinə inanmıram. Terrorçu törətdiyi əmələ adekvat olaraq mütləq cəzalandırılmalıdır"
Çingiz Qənizadə: “Mən İranın səmimiyyətinə inanmıram. Terrorçu törətdiyi əmələ adekvat olaraq mütləq cəzalandırılmalıdır"
Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaq tamamlanıb. İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Satayşi deyib ki, bu ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə hücum acı bir hadisə idi: "Bütün aidiyyəti qurumlar hesab edirlər ki, bu hücumu törədən şəxsə qarşı sərt tədbirlər görülməlidir. Bu işin müxtəlif ölçüləri müəyyən edilib və istintaq tamamlanıb”. Məsud Satayşi, bu məsələdə Azərbaycan tərəfinin də əməkdaşlığının vacibliyini vurğulayıb. Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə "Sherg.az"a açıqlamasında bildirib ki, Tehrandakı səfirliyimizə qarşı törədilən xain terror aktının arxasında İranın siyasi hakimiyyəti, hüquq-mühafizə orqanları durur. Hüquq müdafiəçisi xatırladıb ki, İranın hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçuya öz əməlini davam etdirmək və sona çatdırmaq üçün kifayət qədər imkan, şərait yaradıblar: "Terrorçu polislərin gözü qarşısında səfirliyə silahlı hücum edir, qapıları sındırır, bir neçə dəfə binaya soxulur və bunların hamısı kənardan müşahidə olunur. Xain və terror aktının arxasında molla rejiminin siyasi dairələrinin dayanması şübhə doğurmur. Belə məqamda İran rəsmisinin istintaqın yekunlaşdığını bildirməsi, Azərbaycan tərəfi ilə əməkdaşlığa hazır olduğunu söyləməsi ciddi və səmimi qəbul oluna bilməz. İstintaq necə gedib, hansı hallar, detallar üzə çıxarılıb, bunlar bəlli deyil. İstintaq zamanı Azərbaycanın hüquq-mühafizə orqanları hansısa məlumata sahib ola, prosesdə iştirak edə bilmədilər. İran rəsmisini danışdıran qüvvələrin düşüncəsi tamam başqadır. Terrorçu törətdiyi teraktdan bir gün sonra əl-qolu açıq formada jurnalistlər qarşısına çıxarıldı. İranın siyasi dairələri onun ruhi-psixiatrik xəstəxanaya yerləşdirilməsi ilə bağlı açıqlama verdilər. Bir daha sübut etdilər ki, müxtəlif üsullarla terrorçunu cinayətdən, məsuliyyətdən azad etmək istiqamətində addımlar atılır".
Ç.Qənizadə vurğulayıb ki, cəzanın ağır və yüngül olmasından asılı olmayaraq 1-2 ildən sonra həmin cinayətkar hansısa yolla azadlığa çıxacaq: "Saxta pasportla onun ad-soyadını dəyişdirə bilərlər.Terror aktının arxasında dövlət görünür. Ona görə də rejim terrorçunu məsuliyyətdən qaçırmağın müxtəlif yollarını düşünə və tətbiq edə bilərlər. Mühafizəsi labüd olan səfirlik binasına gündüz vaxtı açıq-aşkar terror hücumu baş verir və bunun qarşısını almaq üçün hökumət tərəfindən heç bir addım atılmır. Terrorçuya hansı cəzanın veriləcəyini gözləyəcəyik. Məhkəmədə zərərçəkən qismində Azərbaycan tərəfinin nümayəndələri iştirak edə biləcəkmi? Zamanla suallarımıza cavab alacağıq və məhkəmədə hansı oyunların gedəcəyini görəcəyik. Mən İranın səmimiyyətinə inanmıram. Terrorçu törətdiyi əmələ adekvat olaraq mütləq cəzalandırılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual