DTX Akademiyası müdavimlərinin növbəti buraxılış tədbiri keçirilib
15:16 05.07.2023
Gündəm
646
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) növbəti məzun buraxılışı ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.
DTX-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq, Ulu Öndərin Akademiyada ucaldılmış abidəsi ziyarət edilmiş və önünə gül dəstələri qoyulub.
Mərasimdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi yolunda həlak olmuş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirildikdən sonra məzunlara diplomlar təqdim olunub.
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Akademiyanın şəxsi heyətini, məzunları və onların valideynlərini salamlayaraq, təhlükəsizlik orqanlarında çalışacaq gənc zabitləri təhsillərini müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib, əsası 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və dahi rəhbərin adını daşıyan bu tədris ocağında qazandıqları bilik və praktiki vərdişləri gələcək xidməti fəaliyyətlərində uğurla tətbiq edəcəklərinə, Heydər Əliyevin bu orqanlarda yaratdığı peşəkarlıq irsini layiqincə davam etdirəcəklərinə, təhlükəsizliyin etibarlı təminatına öz töhfələrini verəcəklərinə ümidvar olduğunu bildirib. Akademiyanın yaranmasının 25 illiyinin Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf etdiyini diqqətə çatdıran Xidmət rəisi ötən illər ərzində bu ali təhsil müəssisəsində xüsusi xidmət orqanları üçün yüksək ixtisaslı kadrların hazırlanması, maddi-texniki bazanın davamlı təkmilləşdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülməsindən söhbət açıb.
General-polkovnik Əli Nağıyev hazırda Akademiyaya qəbul və namizədlərin seçiminə ciddi tələblərin qoyulduğunu və imtahanlarda yüksək keçid balları toplayaraq Akademiyaya daxil olan və fərqlənmə diplomu ilə bitirən kursantların sayının ildən-ilə artdığını qeyd edib, onların respublikada keçirilən müxtəlif bilik yarışlarında birincilik əldə etmələrinin məmnunluq doğurduğunu vurğulayıb.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Akademiyaya xüsusi diqqət və qayğısının növbəti təzahürü kimi ölkə başçısının müvafiq Sərəncamı ilə Akademiyanın təhsil sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması və imkanlarının daha da genişləndirilməsi üçün nizamnaməsində dəyişiklik edilərək yeni bakalavr və magistr ixtisaslarının təsis edildiyi barədə məlumat verilib.
Çıxışının sonunda Xidmət rəisi Əli Nağıyev gənc zabitlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, dövlətimizin təhlükəsizliyinin qorunması kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklərinə inamını ifadə edib.
Sonra tədbirdə söz alan digər çıxışçılar da Akademiyada kursantların hərtərəfli savada və geniş dünyagörüşünə yiyələnmələri üçün yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə və DTX-nin rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Sonda xatirə fotoşəkli çəkdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya