Azərbaycan və Əlcəzairin XİN başçıları görüşüb
18:21 06.07.2023
Gündəm
346
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər İclası çərçivəsində ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, görüşdə Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətindən söz açılıb.
Bütün istiqamətlərdə münasibətlərin dərinləşdirilməsi məqsədilə siyasi məsləhətləşmələr mexanizminin, hökumətlərarası iqtisadi komissiyaların iclasları və biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişafından məmnun olduğunu bildirib. Ölkəmizin COVID-19 pandemiyası ilə əlaqədar olaraq çətin bir dövrdə Qoşulmama Hərəkatına uğurlu sədrliyinə görə təbrik edən nazir Əhməd Attaf Hərəkatın təsisatlanması istiqamətində irəli sürdüyü təşəbbüsləri təqdir edib. Bu xüsusda, Hərəkat çərçivəsində müxtəlif platformaların yaradılması təşəbbüsünü yüksək qiymətləndirib.
Görüşdə habelə iki ölkə arasında enerji, kənd təsərrüfatı, əczaçılıq və tibbi texnika və digər sahələrdə əməkdaşlıq perspektivləri, regional və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil