Bu, separatçıların son çırpınışlarıdır - Azər Badamov
Yusif Nəzərli
15:43 13.08.2023
Aktual
678
Qarabağ separatçılarının lideri Araik Arutunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə müraciət edib.
“Bizi xilas edin” səpgili açıqlama yayımlayan Arutunyanın erməni lobbisindən tələbi odur ki, yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etmələrinə, o cümlədən Laçın yolunun “açılmasına” nail olsunlar. Erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff facebook səhifəsində “Ağ Evin Arsaxın müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, qondarma rejimin saxta "prezidenti" Araik Aratunyan son çarələrə baş vurub:
"Bu, separatçıların son çırpınışlarıdır. Dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hətta Ermənistanın özü də şifahı olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etdiyini bildirib. Laçın yolu da bağlı deyil. Suverən ölkələrin əməkdaşlığı və beynəlxalq normalara uyğun qanuni keçidlər üçün daim açıqdır. Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə Ağdam-Xankəndi və digər alternativ yolları təklif edib. Azərbaycan bütün hərəkətlərini beynəlxalq normalarla nizamlayır. Ona görə də heç bir ölkə bizi öz yolumuzdan döndərə bilməz. Araik və digər separatçıların bütün ağlaşmaları yersiz və məntiqsizdir. Onların birgəyaşayış üçün Azərbaycana üz tutmaqdan başqa yolları yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi