Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycan Ermənistanın öz öhdəliklərini tam yerinə yetirməsini gözləyir"
Yusif Nəzərli
09:55 23.09.2023
Gündəm
435
“Rəsmi Bakı Ermənistan tərəfinin tərk-silah edilməsi və qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı öhdəliklərini tam yerinə yetirəcəyini gözləyir”.
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində deyib.
O bildirib ki, sentyabrın 22-dən etibarən Laçın və Ağdam ərazisindən keçən mövcud marşrutlar üzrə ərzaq, dərman və digər zəruri malların maneəsiz çatdırılması üçün bütün lazımi şərait yaradılıb: "Azərbaycan hökumətinin Xankəndiyə göndərdiyi 50 ton ərzaq və dərman daşıyan 4 yük maşını Rusiya sülhməramlılarının bölgəyə gətirdiyi 50 tona əlavədir. Hazırda yerli əhali ehtiyac duyduqları hər şeylə təmin olunub. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də fəal iş davam edir”.
E.Əmirbəyovun sözlərinə görə, həm Ağdam, həm də Laçın yolu açıqdır: “Bu, Azərbaycanla Ermənistan arasında əldə olunan əsas razılaşmadır. İndi biz oradakı dinc əhalidə inam yaratmalıyıq ki, onlar lazım olan hər şeylə təmin olunacaqlar. Azərbaycan hökuməti lazım olan hər şeyi, o cümlədən elektrik enerjisini, ərzağı, istiliyi, dərmanı təmin etməyə hazırdır”.
Prezidentin nümayəndəsi Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri arasında Yevlaxda keçirilən görüşə də münasibət bildirib: “Biz dinc yolla reinteqrasiya, həmçinin ermənilərin hüquqlarını təmin etməyə hazır olmağımızla bağlı mövqeyimizi qarşı tərəfə izah etmək üçün hər şeyi etdik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm