Londonla Pekin arasındakı münasibətlər normallaşmayacaq
Yusif Nəzərli
11:38 23.09.2023
Aktual
408
Bir səfərlə işlər düzəlməz
"Vaşinqtonla yanaşı London da Pekini inandırmağa çalışır ki, Çin müttəfiqi Rusiyaya təsir etsin ki, Kreml Ukraynaya qarşı işğalçı müharibəni dayandırsın. Böyük Britaniyanın Xarici işlər naziri Ceyms Kleverlinin bir müddət əvvəl Çinə səfəri bununla əlaqəli idi".
Bu sözləri "Sherg.az"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Böyük Britaniyanın xarici işlər nazirləri 5 il müddətində Çinə səfər etməmişdilər. Bu səbəbdən Kleverli Pekində başqa mövzulara da toxunmaq məcburiyyətində idi:
"Səfəri mürəkkəbləşdirən səbəblərdən biri Britaniya parlamentinin Tayvanın “müstəqil dövlət” kimi tərənnüm etdirən hesabat hazırlaması idi. Halbuki, buna qədər Böyük Britaniya parlamenti Tayvanın “müstəqilliyi” barədə rəy bildirmirdi. Britaniyalı deputatlar bu yanaşma ilə nazirlərinin Pekinə səfərini mürəkkəbləşdirdilər. Buna baxmayaraq, Ceyms Kleverli Pekindəki çıxışlarında diplomatik etiketdən kənara çıxmamağa çalışırdı. O, Böyük Britaniya ilə Çin arasındakı fikir ayrılıqlarının mövcudluğunu bildirsə də, bunun iki ölkə arasında işgüzar münasibətlərə təsir etmədiyini vurğuladı. O, Çin kimi böyük ölkənin dünyadakı proseslərdən izole edilməsinin yanlış olacağını bildirdi. Ceyms Kleverli Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Hindistanda keçiriləcək “böyük iyirmilərin” toplantısında Çin lideri Tsi Cinpinlə görüşünün detallarını da müzakirə etməli idi. Ancaq məlumdur ki, Tsi Cinpin Hindistandakı sammitdə iştirak etmədi. Digər tərəfdən Rişi Sunakın Çini sərt tənqidi Pekini Londonla münasibətlərdə narazı salan məqamlardandır. Rişi Sunak “böyük iyirmilər” dövlətlərinin başçıları arasında Tsi Cinpinlə görüşməyən yeganə liderdir".
Analitikə görə, Böyük Britaniyanın Pekinə bir səfəri ilə iki ölkə arasındakı münasibətləri normallaşdırmaq çətindir. Bunu London da etiraf edir: "Halbuki, 2015-ci ildə Böyük Britaniyanın o zamankı baş naziri Devid Kemeron Tsi Cinpinlə badə qaldıraraq iki ölkə arasındakı münasibətlərin “qızıl dövrünə” daxil olduğunu vurğulayırdı. Böyük Britaniyanın o zamankı maliyyə naziri Corc Osborn Böyük Britaniyanı Çinin Qərbdəki ən yaxşı tərəfdaşı adlandırırdı. Ancaq belə olmadı. Çinin artan hərbi gücü, Pekinin uyğurlara olan sərt münasibəti, kiberhücumlar və kəşfiyyat qalmaqalları Londonla Pekin arasındakı münasibətləri gərginləşdirdi. Bunun üzərinə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə Pekinin seyrçi qalmasını da əlavə etsək, Londonla Pekin arasındakı münasibətlərin normallaşması üçün zəminin olmadığı aydınlaşar. Böyük Britaniyanın hind əsilli baş naziri Rişi Sunak Çini beynəlxalq aləm üçün ən ciddi təhdidlərdən biri kimi qiymətləndirir.
Bu arada, Böyük Britaniya deputatlarından birinin köməkçisinin Çinin xeyrinə casusluqda şübhəli bilinən köməkçisinin həbs edilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. “Times” qəzetində yayımlanan məqalədə, deputat köməkçisinin fəaliyyət sahəsinə xarici siyasət məsələləri, o cümlədən Pekinlə münasibətlər daxil idi. Deputat köməkçisi bir müddət Çində yaşayıb. London polisi məhz həmin dövrdə deputat köməkçisinin Çin kəşfiyyatına cəlb edilməsindən şübhələnir. Deputat köməkçisinin Mühafizəkarlar Partiyasının bir sıra yüksəkvəzifəli üzvləri və bir neçə nazir müavini ilə əlaqələri olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm