
Təl-Əvivin açıqlaması blef deyil - ŞƏRH
Yusif Nəzərli
12:44 25.09.2023
Dünya
661
İran Müdafiə Nazirliyinin sözçüsü Reza Talae Nik İsrailin İrana hərbi təhdid yaratdığını və ölkəsinin İsraili hədəf almaq gücünə malik olduğunu bildirib.
O qeyd edub ki, bizim “İsraili vuran” adlı raketlərimiz var:
“Biz hərbi sistemimizi mövcud təhlükələrə uyğun dizayn etməliyik. Sionist İsrail rejimi bu təhdidlərdən biridir. Bu gün biz Yaxın Şərqdə müdafiə sahəsində mühüm ölkəyə çevrilmişik. İran olmadan regionda heç bir plan həyata keçirilə bilməz. Biz açıq şəkildə bəyan edirik ki, bu gün işğal altındakı əraziləri birbaşa hədəfə alacaq və İsraili vuracaq “İsrail vurdu” adlı raketlərimiz var. Birinci prioriteti İsrail olan “Hacı Qasim” raketlərinə bu adı verdik”.
Həmçinin Talae Nik bölgədə heç bir sərhəd dəyişikliyinə icazə verməyəcəklərini qeyd edib.
“Sərhədlərimizdə geosiyasi dəyişikliklər etmək istəyənlər olub, lakin bunu edə bilməyiblər və edə bilməyəcəklər. Biz bunları müəyyən əsas və qüvvə ilə açıq şəkildə bəyan edirik. Bu əsas və qüdrət ictimai müdafiə və milli gücdən asılıdır”.
Digər tərəfdən, İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı
çıxışında:
“İranın nüvə ambisiyalarına qarşı inandırıcı təhdid təqdim edilməlidir. Mən İsrailin baş naziri olduğum müddətdə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlimdən gələni edəcəyəm” deyib.
O, beynəlxalq ictimaiyyəti İranın hücumlarına biganə qalmaqda ittiham edib.
İran və İsrail arasındakı münasibətlərin hər zaman gərgin olduğunu deyən politoloq Fərhad Mehdiyev "Sherg.az"a vurğulayıb ki, İran tərəfi daha əvvəl də belə tipli açıqlamalar verib:

"Ümumiyyətlə bu ifadənin iki ölkə arasındakı gərginliyi daha da artıracağını düşünmürəm. Çünki İsrail bilir ki, İranın uzaqmənzilli raketləri dəqiq deyil. Yəni bu raketlər İsrailə atıla bilər, lakin İranın vurmaq istədiyi hədəfə məhv edəcəyi bəlli deyil. Digər tərəfdən İsrailin "Dəmir gümbəz" adlı raket əleyhinə müdafiə sistemi kifayət qədər effektivdir. Ona görə də rəsmi Təl-Əviv belə hadisələrin baş verməsi riskindən qorxmur. Digər tərəfdən düşünürəm ki, Təl-Əvivin açıqlaması blef hesab olunmamalıdır. Çünki İsrail əlində nüvə silahının hazırlanması barəsində dəqiq məlumat olduğu təqdirdə həmin obyekti vuracaq potensiala sahibdir. Keçmişdə belə təcrübələrin şahidi olmuşuq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm