Qazaxıstan Çini Bakının layihəsinə dəvət etdi
Yusif Nəzərli
07:59 05.11.2023
Gündəm
452
Qazaxıstan Baş naziri Əlixan Smailov Çinin nəqliyyat şirkətlərini və logistika operatorlarını Çindən Avropaya konteyner daşımaları üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daha fəal istifadə etməyə dəvət edib.
Axar.az xəbər verir ki, Smailov bunu Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisinin açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu yüklərin daşınma müddətini demək olar ki, yarıya endirəcək:
“Hazırda Çindən Avropaya bütün quru tranzit daşımalarının təxminən 85%-i Qazaxıstanın payına düşür. Sian şəhərində və Gürcüstanın Poti limanında Qazaxıstan terminallarının tikintisi hazırda sürətlə davam edir. Qazaxıstan-Çin sərhədində üçüncü dəmir yolu keçid məntəqəsinin, Baxtı və Kaljat keçidlərində quru limanların, Aktauda konteyner qovşağının tikintisi, həmçinin Orta dəhliz boyunca Qara dənizdə liman qurğularının genişləndirilməsi planlaşdırılır”.
Smailov Çin nəqliyyat şirkətlərini sadalanan layihələrdə iştirak etməyə dəvət edib, həmçinin nəqliyyat və logistika operatorlarını Qazaxıstanda mövcud olan transsərhəd nəqliyyat infrastrukturundan fəal istifadə etməyə dəvət edib.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb.
Oxşar xəbərlər
Tramp seçki məğlubiyyətini İran müharibəsi ilə əlaqələndirdi: “Yenə olsa, yenə edərəm”
12:39 05.11.2026
İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:51 05.11.2026
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya