Ceyhun Bayramov Ermənistanla müzakirə edilən məsələləri açıqlayıb
Yusif Nəzərli
14:38 02.03.2024
Gündəm
400
“Ermənistanla müzakirələr zamanı mövzulardan biri qarşı tərəfin qaldırdığı Qarabağda yaşayan ermənilərin hüquqları məsələsi idi ki, burada xüsusi bir yanaşma gözləntiləri var idi. Azərbaycan isə buna dair yanaşma və təklifi ondan ibarət idi ki, sülh müqaviləsi Ermənistan - Azərbaycan dövlətlərarası münasibətlərini tənzimləyir. Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı məsələ isə Azərbaycanın daxili məsələsidir”.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov azərbaycanlı və türkiyəli jurnalistlərə açıqlamasında bildirib.
Ətraflı
Nazir, həmçinin qeyd edib ki, Azərbaycanın tələbi ondan da ibarət idi ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisini tərk etməlidir:
“Ermənistanın yanaşması ondan ibarət idi ki, Ermənistan bu vəziyyətə nəzarət edə bilmir. Biz bunu qəbul etmirdik. Burada kifayət qədər, belə demək olarsa, fərqli yanaşmalar, mövqelər mövcud idi. 19-20 sentyabr tarixində 24 saatlıq antiterror tədbirləri nəticəsində bilirsiniz ki, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisində mövcudluğuna, uzun illər ərzində fəaliyyət göstərən separatçı rejimin mövcudluğuna son qoyuldu, rejim buraxıldı. Və biz bunun şahidi olduq. Bu baxımdan, danışıqlar masasında bu mövzu yoxdur. Ermənistan tərəfindən də bu məsələ qaldırılmır. Bu mənada ciddi faktorlardan biri olan qanunsuz birləşmələr və rejimin olmaması müəyyən mənada açıq sualların sayını əhəmiyyətli şəkildə azaltmış oldu”, - nazir deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi