Elçin Bayramlı: Qul əməyi Azərbaycanda könüllüdür
Elçin Bayramlı: Qul əməyi Azərbaycanda könüllüdür
12:43 21.05.2024
Sosial
588
“Qlobal Köləlik üzrə 2023-cü ilin hesabatında göstərilir ki, hazırda dünyada 50 milyon insan müasir köləlik şəraitində yaşayır”.
Bunu deputat Zahid Oruc Milli Məclisin mayın 21-də keçirilən plenar iclasında deyib. Deputat bildirib ki, onlardan təqribən 28 milyonu icbari əməyə, 22 milyonu isə məcburi nikaha cəlb edilib:
“Bu göstərici üzrə Azərbaycan 192 dövlət arasında müsbət mənada 22-ci yerdədir. Ölkəmiz “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradəsini ortaya qoyub və qətiyyətli tədbirlər görür”.
Məsələyə münasibət bildirən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı ''Sherg.az''a söyləyib ki, bununla bağlı vəziyyət dünyanın bir çox ölkələrində xüsusi ilə Afrikada kritikdir:
"Azərbaycanda isə son dövrlər statistikadan göründüyü kimi, azalma qeydə alınır. Bu dünyadakı iqtisadi sərvətlərin ədalətsiz bölgüsü, istismarçılıq siyasəti ilə bağlıdır. Kapitalizmin nəticəsidir. Bir çox kapitalist Qərb ölkələrində iqtisadi rifah nəticəsində bu problemlər həll olunub. Gəlir, iqtisadi sərvətlərin bölgüsündə sosial bərabərsizlik var. Bu daha çox yoxsul və müstəmləkə ölkələrdə özünü göstərir. Həm uşaq əməyi,həm də insan alveri və köləliyin müxtəlif formaları var. Reallıqdakı faktlar rəsmi statistik məlumatlardan 4 dəfə çoxdur. Dünyada təqribən iki yüz milyon civarında şəxs istismar olunur. Bunun üçün beynəlxalq təşkilatların konvensiyaları, sosial xartiyaları mövcuddur. Hətta, bir çox ölkələr buna qoşulub, ancaq problem həll olunmayıb. Ona görə qlobal təzyiq elementləri olmalıdır. Məsələn, əvvəllər BMT-yə belə bir imkan verilmişdir, son dövrlər bu da sıradan çıxarılaraq məsləhətçi təşkilata çevrilib. Bir çox dövlətlər bunu həll etmək iqtidarında deyil və yaxud istəmirlər. Çünki həmin dövlətlərdə ucuz işçi qüvvəsi ilə transmilli şirkətlər pul qazanır. Bu cəhətdən böyük dövlətlər problemin həllinə maraqlı deyillər. Beynəlxalq sənədlər, insan hüquqlarına əməl edilmir. Ölkəmizdə sosial dövlət kursu götürülüb. Ancaq yoxsulluq, işsizlik problemi tam həll edilmədiyinə görə, müxtəlif formalarda görürük. Məsələn, uşaqlar təmir sexlərində digər satış yerlərində işlədilir''.
Ekspert vurğulayıb ki, dövlət orqanları köləlik hallarının qarşısını almaq üçün inzibati, sosial tədbirlər görməlidir :
"İşsiz şəxslər işlə təmin olunmalı, ünvanlı sosial yardım ayrılmalıdır. Qul əməyi digər ölkələrdə məcburi olsa da Azərbaycanda könüllüdür. İşsizlikdən, sahibsizlikdən insanlar könüllü olaraq işləməyə məcbur qalırlar. Hətta, "qul bazarı" deyilən bəzi ərazilər var. MDB ölkələri işlə təmin edə bilmədiyi vətəndaşlara işsizlik müavinəti ödəyir. Həmçinin, birini iş saatından çox işlətmək də qul əməyi sayılır. Həmin adamlara qarşı inzibati tədbirlər görmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi
01:43 01.10.2026
Maraqlı
ABŞ general və admiralların 20 faizini ixtisar edəcək
01:21 01.10.2026
Dünya
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial