
"Bakı-Xəbər" namizədlərə ödənişsiz təbliğat imkanı yaratdı
21:48 15.08.2024
Gündəm
347
Aydın Quliyev: “Mən onlara meydan verdim, məsuliyyət onların üzərindədir. Buyursunlar, debatlarda iştirak etsinlər"
"Bakı-Xəbər" Media Qrupunun rəhbəri Aydın Quliyev maraqlı təkliflə çıxış edib. Sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkiləri ilə bağlı təklif səsləndirən baş redaktor bütün namizədlərə müraciət ünvanlayıb.
A.Quliyevin sosial şəbəkədə paylaşdığı statusun mətni belədir:
"Bütün namizədlərə "Bakı-Xəbər"in "YouTube" kanalında istədiyi alternativini ödənişsiz birbaşa debata dəvət etmək imkanı verirəm. İstəyən buyursun..".
Deputatlığa namizədlərin təbliğat-təşviqat prosesi kontekstində kifayət qədər maraqla qarşılanan təkliflə bağlı "Sherg.az"a danışan Aydın Quliyev deyib ki, "Bakı-Xəbər" Media Qrupu olaraq üzərlərinə götürdükləri ictimai və dövlətçilik missiyasının tələbi çərçivəsində belə bir təkliflə çıxış edib. Baş redaktorun sözlərinə görə, məqsəd dövlətçiliyə və ictimai maraqlara əməli şəkildə xidmət göstərməkdir:

"Digər yandan, müşahidə edirəm ki, namizədlərin böyük hissəsi ödənişli təbliğatdan istifadə etmək imkanında deyil. Hər halda namizədlər ödənişli efir tribunalarında görünmürlərsə, bunun başqa səbəbini axtarmaq doğru olmaz. Məncə, bu məsələ deputatlığa namizədlərin əksəriyyətinin maddi imkanları ilə bağlıdır. Həmçinin namizədlər klassik mətbuatda görünmədiklərinə görə, seçki kampaniyasının sönük keçdiyini düşünürəm. Seçki kampaniyasının aktivləşdirilməsi, maddi imkanları zəif olan namizədlərin öz platformalarını daha operativ ictimaiyyətin diqqətinə çatdırmaları üçün belə bir təklifi gündəmə gətirmişəm. Reaksiyaları gözləyirəm. Şəxsən mən namizədlərin yerində olsaydım, bu fürsətdən imtina etməzdim".
A.Quliyev əksər namizədlərin seçki təşviqatında feysbuk, tiktok kimi sosial şəbəkələrə üstünlük verməsini də şərh edirb:
"Namizədlərin seçki təbliğatını müxtəlif sosial şəbəkələr vasitəsilə həyata keçirməsi onlara daha asan başa gəlir. Feysbukda təqdim olunmaq üçün pul sərf etmirlər. Canlı yayım açaraq özünü təqdim edir. Namizədlərin sosial şəbəkələrə bu dərəcə meyillənməsi, mediadan qaçmasının da kökündə mənə elə gəlir ki, onların maddi imkansızlığı dayanır. Ya maddi durumları yerində olmalıdır ki, media ilə əməkdaşlıq etsinlər, ödənişli şəkildə təbliğatlarını qursunlar, platformalarını yaysınlar, ya da media ödənişli prinsipindən imtina etməlidir və ödənişsiz əsaslarla namizədlərin xidmətinə verməlidir. Mən ikincisini seçdim. Əgər namizədlərin maddi imkanları yoxdursa, bir neçə gün ərzində fantastik surətdə varlanacaqları mümkünsüzdür. Ona görə də namizədlərə belə bir imkan verməyi məqsədəuyğun saydım".
Baş redaktor vurğulayıb ki, indi top namizədlərin tərəfindədir: "Bundan sonra deyə bilməzlər ki, maddi imkanları zəifdir və media qurumları ödənişsiz şəkildə seçki platformalarını təqdim etməyə imkan vermirlər. Mən onlara meydan verdim və ödənişsiz əsaslarla təbliğata imkan yaratdım. Qalan məsələ onlardan asılıdır, məsuliyyət onların üzərindədir. Buyursunlar, debatlarda iştirak etsinlər".
Qeyd edək ki, Aydın Quliyevin statusuna reaksiyalar da gəlib. 57 saylı Xaçmaz şəhər seçki dairəsindən namizədliyini irəli sürmüş Zöhrab Məmmədov həmin dairədən digər namizəd - Ağalar Vəliyevi debata dəvət edib. Eyni zamanda politoloq Anar Əliyev 85 saylı Füzuli-Ağcabədi seçki dairəsindən bütün rəqiblərini açıq debata, müzakirələrə səsləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya