Xidmət rəisi əhalini maskadan istifadəyə ÇAĞIRDI
Xidmət rəisi əhalini maskadan istifadəyə ÇAĞIRDI
10:08 03.09.2024
Cəmiyyət
401
Avtomatik meteoroloji stansiyalardan alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir. Əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 2-dən başlayaraq tozlu hava kütlələri cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.
Sherg.az Metbuat.az-a istinadla xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova açıqlama verib.
G.Abbasova bildirib ki, aparılan təhlillərə görə, il ərzində Mərkəzi Asiya səhralarında baş verən qum fırtınası cənubda Ərəbistan yarmadasında, şərqdə Türkmənistan səhrasında toz burulğanları yaradır və formalaşan bu toz kütlələri cənub və şərq istqamətli hava axınları vasitəsilə ölkəmizə keçir və əsasən Bakı şəhərində, Abşeron yarımadasında toz-dumanının yaranmasına səbəb olur:
“Son illər iqlim dəyişmələrinin təsiri nəticəsində bu prosesin daha tez-tez təkrarlanması müşahidə edilir.
Sinoptik şəraitə görə, hazırda ölkə ərazisində hava şəraitini antisiklon təyin edir və nəticədə hava isti və quraq keçir, cənub-şərq küləklərinin üstünlüyü qeydə alınır.
Belə durğun hava şəraiti cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olan toz hissəciklərinin havada daha çox qalmasına şərait yaradır”.
Xidmət rəsmisinin sözlərinə görə, ölçüsü 2,5 mikrondan kiçik toz hissəcikləri (PM2,5) havada asılmış vəziyyətdə qalaraq yuxarı tənəffüs orqanlarına təsir göstərdiyi üçün əhaliyə açıq havada az olmaları və yaxud qoruyucu maskalardan istifadə etmələri tövsiyə edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya