Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib
Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib
11:16 03.09.2024
Siyasət
320
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prokurorluğun nümayəndə heyətinin rəhbəri Heydər Məmmədovu və eyni zamanda Ali Məhkəmənin nümayəndə heyətinin rəhbəri, həmin məhkəmənin sədr müavini Çingiz Əsgərovu qəbul edib.
Bu barədə Sherg.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokurorunun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Anar Nəsibovdan ibarət nümayəndə heyəti qardaş Türkiyənin Ankara şəhərində “2024-2025 Yeni Ədliyyə İli Açılış Tədbiri”ndə iştirak ediblər. Mərasimdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ali Məhkəmənin sədri Ömer Kerkez, Baş prokuroru Muhsin Şentürk, digər hakim və prokurorlar iştirak ediblər.
Daha sonra prokurorluğun nümayəndə heyəti Türkiyə Baş prokuroru Muhsin Şentürk və Ali Məhkəmənin sədri Ömer Kerkezlə rəsmi görüşlər keçirib, ölkələrimiz arasında hüquqi əməkdaşlığın daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı 29 sentyabr – 2 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağı barədə həmkarlara məlumat verilib, tədbirə qatılacaq Türkiyə Respublikasının Baş prokuroru Muhsin Şentürklə konfrans barədə müzakirələr aparılıb. Həmçinin noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinin müstəsna tarixi əhəmiyyəti və həmin mötəbər tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi mövzusunda yüksək səviyyəli plenar sessiyanın keçiriləcəyi barədə həmkarlara ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat