Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı Bakıda konfrans keçirilib
Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı Bakıda konfrans keçirilib
11:45 03.09.2024
Siyasət
331
Bu gün Bakı Təşəbbüs Qrupu tərəfindən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfrans keçirilib.
Sherg.az xəbər verir ki, konfransda Qəmər Adaları İttifaqının BMT-də, Cənubi Afrikada və digər regionlarda fəaliyyət göstərmiş səfirləri, “Maore Komitəsi”, “Üçüncü Yol Kollektivi (C3V)”, “Demokratik Cəbhə”, “Qəmər adalarının bütövlüyü və suverenliyinin müdafiəsi üzrə Kollektiv” təşkilatları, Mayot adasının təmsilçiləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, habelə səfirlər, Beynəlxalq təşkilatların nümayəndələri, professorlar, ekspertlər, Beyin mərkəzlərinin təmsilçiləri və media nümayəndələri iştirak edib.
Konfrans zamanı Mayotun işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş çoxsaylı qətnamələr, Fransanın bu qətnamələrə əməl etməməsi və Qəmər Adaları İttifaqının beynəlxalq səviyyədə ərazisi kimi tanınan Mayot adasını azad etməmək üçün istifadə etdiyi qeyri-qanuni fəaliyyətlər haqqında geniş fikir mübadiləsi aparılıb. Mayotun “referendum” vasitəsilə Fransaya birləşdirilməsi və Qəmərlilərə vurulmuş ziyan, həmçinin, Fransız müstəmləkəçiliyinin nəticələri barədə ətraflı məlumat verilib.
Qəmər Adalarının təmsilçiləri bildiriblər ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan istifadə edərək məqsədli şəkildə Mayotun işğalı məsələsini lokallaşdırıb, eləcə də işğal faktının beynəlxalq təşkilatlar səviyyəsində saxlanılmasına imkan vermir, bununla bağlı bütün təşəbbüsləri bloklayıb.
1995-ci ildən bəri Fransa BMT-də Mayotun işğalı ilə bağlı qətnamələrin qəbul olunmaması ilə bağlı digər dövlətlərə təzyiq göstərir, bundan əvvəl qəbul olunmuş sənədləri icra etməkdən boyun qaçırır.
Konfrans çərçivəsində flaşmob təşkil edilərək Qəmər Adaları İttifaqının ərazi bütövlüyünə tam dəstək ifadə olunub.
Tədbirin sonunda iştirakçılar tərəfindən Yekun Bəyanat qəbul edilib. Eyni zamanda
Maore Komitəsi ilə Bakı Təşəbbüs Qrupu arasında əməkdaşlığa dair Memorandum imzalandı.
Qeyd edək ki, Maore Komitəsinin əsas hədəfi Mayotu Qəmər Adaları ittifaqının tərkibinə qaytarmaqdır.
***
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat