
Qərb dövlətləri Makronun dedikləri ilə qətiyyən razı olmaz - TƏHLİL
11:25 24.12.2024
Gündəm
374
Modern dövrdə müharibə aparmaq kompüterdə oyun oynamaq qədər asan deyil
“Fransa Prezidenti Emmanuel Makron 2025-ci ildə Avropa sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsini fəal şəkildə dəstəkləyir. Onun fikrincə, bu, münaqişənin genişlənməsinin qarşısını almaq üçün lazımdır”. Bu iddia ilə “Foreign Policy” nəşri çıxış edib. Materialda qeyd edilib ki, Makronun planı Ukraynada quru qüvvələrini yerləşdirən Avropa dövlətlərinin koalisiyasına əsaslanır. Bunun üçün minimum beş briqada – təxminən 25-30 min əsgər lazımdır. Qüvvələrin ümumi sayı 75 mindən 90 minə qədər ola bilər. Qeyd edək ki, Avropa ölkələri, xüsusilə də Polşa və Almaniya Makronun bu təşəbbüslərini dəstəkləmir.

Politoloq Turan Rzayev “Sherg.az”a bildirib ki, sözügedən iddia reallığı əks etdirmir:
“Emmanuel Makronun belə bir planı ola bilər, amma daha çox publikaya işləyən mövzudur. Yəni Makron Ukrayna müharibəsində yaxından maraqlanan və savaşın həllində vasitə olacaq tərəf kimi göstərməyə çalışır. Makronun dedikləri isə məntiqsizdir və reallığa əsaslanmır. Emmanuel Makronun qeyd etdiyinə görə hərbiçi sayı 75000-90000 göstərilir. Həmin hərbiçilərin təkcə gündəlik yemək xərci çox böyük məbləğ deməkdir. Əlavə olaraq onların hərbi təsisatı, hətta hərəkəti belə puldur. Modern dövrdə müharibə aparmaq kompüterdə oyun oynamaq qədər asan deyil. Nəzərə almaq lazımdır ki, hazırda Fransa Afrika ölkələrində olan qoşunlarını geri çəkir. Qərb dövlətləri Makronun dedikləri ilə qətiyyən razı olmaz. İkinci məsələ isə koalisiyanın yaranmasıdır. Avropa İttifaqında Ukrayna savaşı ilə bağlı vahid fikir yoxdur. Fransa müharibə etmək istəsə də, Macarıstan kimi ölkələr məsələnin diplomatik yolla həllində maraqlıdır. Avropa İttifaqı enerji və taxıl böhranı ilə üz-üzədir. Ona görə də Fransanın təklifi Aİ tərəfindən qəbul edilməyəcək və Macarıstan kimi dövlətlər həmin iddiaya veto qoyacaq”.
Oxşar xəbərlər
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Ceyhun Bayramov: Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin icrası mümkünsüzdür
13:07 09.09.2026
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya